Güləşçimiz dünya çempionatında bürünc medal qazanıb

Güləşçimiz dünya çempionatında bürünc medal qazanıb

Xəbər verdiyimiz kimi, Tbilisidə yeniyetmə güləşçilər arasında dünya çempionatı başlayıb. SİA-nın məlumatına görə, çempionatın ilk günündə 50, 54, 58, 63 və 100 kiloqram çəkidə yunan-Roma güləşçiləri yarışıblar.

Turnirdə 50 kiloqram çəkidə mübarizə aparan Zaur Nuriyev Meksika və İsveçdən olan rəqiblərini yarışdan kənarlaşdırıb. Yarımfinalda Gürcüstan təmsilçisinə uduzan güləşçimiz bürünc medal görüşünə haqq qazanıb. Üçüncü yer uğrunda görüşdə Z.Nuriyev İran idmançısına qalib gələrək dünya çempionatının bürünc medalını qazanıb.

Elnur Musayev (54 kq) Yunanıstan və Macarıstandan olan rəqiblərindən üstün olub. Yarımfinalda Gürcüstan idmançısına uduzan güləşçimiz bürünc medal görüşünə haqq qazanıb. Həlledici görüşdə Qırğızıstan təmsilçisinə uduzan E.Musayev çempionatı 5-ci sırada tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə