\"Neftçi\" çempion oldu-FOTOSESSİYA

\"Neftçi\" çempion oldu-FOTOSESSİYA
\"Neftçi\" 6 illik fasilədən sonra yenidən Azərbaycan çempionu oldu. Sonuncu dəfə 2005-ci ildə çempion olan paytaxt klubu ötən gün Şüvəlan stadionunda AZAL-la keçirilən oyunda çempionluğu bayram etdi.

Siasport.az saytı xəbər verir ki, bir gün əvvəl \"Xəzər Lənkəran\"ın \"İnter\"lə oyunda xal itkisindən yararlanan \"Neftçi\" AZAL-ı 3:1 hesabı ilə yenib, çempion oldu. Hesabı 15-ci dəqiqədə Cavid Hüseynov açdı. 2 dəqiqə sonra \"Neftçi\"nin hücumu zamanı Ritus Krjauklis topu öz qapısına göndərdi. 90-cı dəqiqədə Rodriginyo fərqi üç topa çatdırdı. Bir dəqiqə sonra Qvidas Yuşka \"Neftçi\"nin qapısına yol tapsa da, AZAL-ın gücü təsəllidən o yana keçmədi və \"Neftçi\" əsas rəqibi \"Xəzər Lənkəran\"la xal fərqini 10-a yüksəldib, sona üç tur qalmış çempionluğunu rəsmiləşdirdi.

Bu \"Neftçi\"nin 2004-2005 mövsümündən sonra ilk çempionluğu oldu. 6 ildə birinciliyə həsrət qalan komanda ötən bun yenidən qızıl medalların dadına baxdı. Bununla da \"Neftçi\" tarixi ərzində 6-cı dəfə Azərbaycan çempionu oldu. Komanda bundan əvvəl 1992, 1996, 1997, 2004 və 2005-ci illərdə Azərbaycan çempionu olmuşdu.

\"Neftçi\"nin çempionluğu geniş şəkildə qeyd olundu. Matçın final fiti səslənəndən sonra klubunun futbolçu və məşqçi heyəti, həmçinin rəhbərliyi uzun müddət meydançada azarkeşlərlə birgə çempionluğu bayram etdi. Ardınca paltardəyişmə otağında çempionluq qeyd olundu. Klubun bütün üzvlərinin iştirakı ilə keçirilən bayram mərasimində şampan şərabları partladıldı, tədbir iştirakçılarının üst-bayşı isladıldıb. Ardınca \"Neftçi\"nin klub avtobusu və fanatları daşıyan avtobus paytaxt küçələrində zəfər yürüşü etdi. Çempionluq göstəriləri klubun bazasında, minə yaxın azarkeş və klub üzvününün iştirakı ilə keçirilən atəşfəşanlıqla başa çatdı.

AZAL - Neftçi 1:3 
AZAL: 96. Elşən Poladov, . Robert Petrov, 3. Usim Nduka, 5. Aqil Nəbiyev (k) (6. Ritus Krjauklis, 15), 14. Elvin Əliyev, 7. Tərlan Xəlilov, 11. Zohair Benouahi, 16. Mensur Limani (15. Qvidas Yuşka, 66), 17. Vüsal Qarayev (23. Pius İkedia , 40), 21. Mirko Bunyevçeviç, 24. Enyo Krastovçev.
Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə, 0. Nuqzar Kvirtiya, 22. Anar Həsənli, 9. Viktor İbekoyi.
Baş məşqçi: Nazim Süleymanov.
Neftçi: 1. Rauf Mehdiyev, 2. Rail Məlikov (k) (3. Denis Silva, 59), 5. İqor Mitreski, 6. Slavko Georgievski, 7. Rodriginyo, 9. Flavinyo (17. Araz Abdullayev, 37), 10. Emil Mpenza (4. Yasin Hima, 42), 11. Cavid Hüseynov, 15. Ruslan Abışov 16. Alessandro Viano da Silva, 27. Rəşad Abdullayev.
Ehtiyat oyunçular: 34. Vitali Kovalyov, 8. Elmar Baxşıyev, 18. Ruslan Əmircanov, 26. Tərlan Quliyev.
Baş məşqçi: Arif Əsədov.
Qollar: Qvidas Yuşka, 90+1 - Cavid Hüseynov, 15. Ritus Krjauklis, 17 (avtoqol). Rodriginyo, 90.
Qırmızı vərəqə: Robert Petrov, 87.
Sarı vərəqələr: Robert Petrov, 75 - Rəşad Abdullayev, 64. Tərlan Quliyev, 90.
Hakimlər: Rövşən Əhmədov, Mehman Mahmudov, Azər Əsgərov, Fariz Yusifov.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Murad Məmmədov.
1 may. AZAL stadionu. 3000 tamaşaçı.


Bütün xəbərlər Facebook səhifəmizdə