Messi: "Yeni həyata başlamalı idim"

Messi: "Yeni həyata başlamalı idim"

Lionel Messi saçlarını sarı rəngə boyamasının səbəbini açıqlayıb. SİA-nın məlumatına görə, o, belə deyib: "Ağır gün keçdi və qərara aldım ki, sarışın olum. Yeni həyata başlamalı idim. Özümə dedim ki, hər şeyi əvvəldən başlamaq lazımdır".

Ulduz futbolçu oğlu haqqında da danışıb: "Oğlum Tiyaqo futbolla çox maraqlanmır. Ona top verməməyə çalışıram. Görək, indi necə olacaq".

Qeyd edək ki, Tiyaqo Messi vaxtilə atasının çıxış etdiyi "Newell`s old Boys" klubuna yazılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə