"Qalatasaray" Pinoya "yaşıl işıq" yandırdı

"Qalatasaray" Pinoya "yaşıl işıq" yandırdı

İstanbulun "Qalatasaray" futbol klubu, bir müddət bundan əvvəl baş məşqçi Bülənd Ündər tərəfindən məşqlərdən uzaqlaşdırılan və komandanın start heyətinə buraxılmayan Pino üçün "yaşıl işıq" yandırıb. Siasport.az saytı xəbər verir ki, İstanbul klubunun idman direktoru Cüneyt Tayman bidirib ki, baş məşqçi tərəfindən "persona non qrata" elan olunan Pinonu rəhbərlik əfv etməyə hazırdır və baş məşqçini də buna inandırmağa çalışacaqlar. Amma bir şərtlə ki, futbolçu da qarşıdakı oyunlarda "Qalatasaray"a olan sədaqətini oynayacağı futbolla ortaya qoysun və komandada qalmaq istəyini açıqlasın.

Bütün xəbərlər Facebook səhifəmizdə