“Lokomotiv” “Rabitə”yə qalib gəldi

“Lokomotiv” “Rabitə”yə qalib gəldi

Bu gün qadın voleybol komandaları arasında Super Liqa yarışlarının "Dördlər finalı"nın birinci turu çərçivəsində ilk oyun keçirilib. Siasport.az saytı xəbər verir ki, Mingəçevirdəki "Kür" Təlim Tədris Mərkəzində "Rabitə" (Bakı) klubu "Lokomotiv" (Bakı) komandasını qəbul edib. Gərgin idman mübarizəsi şəraitində keçən oyun "Lokomotiv"in 3:2 (22:25, 16:25, 25:21, 25:22, 19:17) hesablı qələbəsi ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə