Şərif Şərifov "Rio-2016"da bürünc medal uğrunda yarışacaq

Şərif Şərifov "Rio-2016"da bürünc medal uğrunda yarışacaq

Azərbaycanın sərbəst güləşçisi Şərif Şərifov Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında bürünc medal uğrunda yarışacaq. SİA-nın məlumatına görə, 86 kq çəki dərəcəsində çıxış edən Olimpiya çempionumuz ardıcıl olaraq Çin idmançısı Bi Şenqfenqi, Polşa idmançısı Zbiqnev Mateus Baranovskini məğlub edərək yarımfinala vəsiqə qazanıb. O, yarımfinalda Rusiya güləşçisi, ikiqat dünya çempionu Abdulrəşid Sadullayevlə görüşdə məğlub olub. Beləliklə, finala çıxa bilməyən güləşçimiz bürünc medal qazanmaq üçün güləşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə