Qurbanov açıqladı: Şanslar əlli-əlliyədir

Qurbanov açıqladı: Şanslar əlli-əlliyədir

"Qarabağ"ın baş məqşçisi Qurban Qurbanov futbol üzrə UEFA Avropa Liqasının pley-off mərhələsində İsveçin "Göteborq" klubuna uduzduqları oyunu (0:1) şərh edib. Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, rəqibdən daha yaxşı çıxış etdiklərini bildiriən Qurbanov komandaların növbəti mərhələ şanslarını bərbaər qiymətləndirib: "Artıq ikinci oyundur ki, belə halla rastlaşırıq. Qapımıza iki zərbə olur və hər ikisi qolla nəticələnir. Bakıdakı oyunda daha çox güc sərf etməliyik və rəqibimizin müdafiəsini yarmaqdan ötrü nəysə fikirləşəcəyik. Şanslar əlli-əlliyədir. Cavab matçında azarkeşlərimizin möhtəşəm dəstəyi ilə uğurlu nəticə əldə etmək istəyirik".

Bütün xəbərlər Facebook səhifəmizdə