GİN erməni güləşçinin təxribatına münasibət bildirdi

GİN erməni güləşçinin təxribatına münasibət bildirdi

Azərbaycan Gənclər və İdman Nazirliyindən Ermənistan güləşçisi Artur Aleksanyanın "Rio-2016" Yay Olimpiya Oyunlarında mükafatlandırma mərasiminə üzərində Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisində öldürülən Robert Abadjyanın şəkli olan köynəklə gəlməsinə münasibət bildirilib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova SİA-ya açıqlamasında bildirib ki, müharibə şəraitində yaşamağımıza baxmayaraq, Azərbaycan tərəfi siyasi arena ilə müqayisədə heç bir vəchlə idmanın siyasiləşdirilməsinin tərəfdarı olmayıb.

O, erməni idmançının avqustun 16-da etdiyi hərəkəti bu ölkənin qalib idmançıdan sui-istifadə etməsi və siyasəti idman meydançasına gətirməsi cəhdi kimi dəyərləndirib: "Daim dünyaya özünü təcavüzə məruz qalmış xalq kimi nümayiş etdirməyə çalışan Ermənistan bununla da bütün dünyaya mənfur xislətini göstərdi və cılız düşüncəyə malik olduğunu bir daha subut etdi".

Bütün xəbərlər Facebook səhifəmizdə