Avropa Olimpiya Komitəsinin prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin üzvü Patrik Hikki Braziliyada həbs edilib. SİA-nın məlumatına görə, o, Yay Olimpiya Oyunlarının biletlərinin qanunsuz satışında günahlandırılır. Polis üzərində 800 biletlə tutulan alverçinin ifadəsinə əsasən onu qaldığı oteldə saxlayıb. Bu zaman 71 yaşlı P.Hikkinin səhhətində problem yaranıb və o, xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, Braziliya polisi qanunsuz bilet satışı ilə bağlı çox sayda insanı həbs edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB