Avroliqada qol yağışı

Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib. Siasport.az saytı xəbər verir ki, keçirilən dörd oyunun yalnız birində qalib müəyyənləşməyib. Belə ki, \"Dinamo\" - \"Braqa\" oyunu 1:1 hesabı ilə başa çatıb. Andrey Şevçenkonun 62-ci meydandan qovulmasından sonra Kiyev klubu azlıqda qalsa da, portuqaliyalılar qələbə topunu vura bilməyib.

Digər cütlüklərin taleyi isə demək olar ki, ilk mərhələdə həll olunub. Bunlardan da ikisi Portuqaliya klubu olub. Belə ki, \"Benfika\" evdə PSV-ni 4:1, \"Portu\" Moskva \"Spartak\"ını 5:1 hesabı ilə yenib. Digər oyunda isə \"Vilyarreal\" \"Tvente\"dən üstün olub - 5:1.

Avropa Liqası

1/4 final

İlk oyunlar

7 aprel

Benfika (Portuqaliya) - PSV (Hollandiya) 4:1

Qollar: Pablo Aymar, 37. Eduardo Salvio, 45; 52. Xavyer Saviola, 90 - Zakaria Labyad, 80.

Dinamo (Kiyev, Ukrayna) - Braqa (Portuqaliya) 1:1

Qollar: Andrey Yarmolenko, 6 - Oqnyen Vukoyeviç, 14 (avtoqol).

Qırmızı vərəqə: Andrey Şevçenko, 62 (Dinamo).

Porto (Portuqaliya) - Spartak (Moskva, Rusiya) 5:1

Qollar: Radamel Falkao, 37; 84; 90. Silvestre Varela, 65. Maykon, 70 - Kirill Kombarov, 71.

Villareal (İspaniya) - Tvente (Hollandiya) 5:1

Qollar: Karlos Marçena, 23. Borxa Valero, 43. Nilmar, 45. Cüzeppe Rossi, 55. Nilmar, 80 - Mark Yanko, 90.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня