Bakı Şahmat Olimpiadasının könüllüləri arasında şahmat turniri təşkil olunub SİA-nın məlumatına görə, yarışda 28 könüllü iştirak edir. Beş turdan ibarət olan tunir İsveçrə sistemi ilə keçirilir. Yarışın nəticələrinə əsasən, eyni xal toplayanlar arasında yenidən oyun keçirilərək qalib müəyyənləşdiriləcək. Turnirin ümumi qalibinə və ən çox xal toplayan xanım iştirakçıya mükafatlar təqdim olunacaq.
Yarışın baş hakimi Nicat Ağayevdir.
Qeyd edək ki, turnirin keçirilməsində məqsəd Bakı Şahmat Olimpiadasının könüllülərini şahmat haqqında daha çox məlumatlandırmaq, bu sahəyə marağı artırmaq, könüllülər arasında dostluq əlaqələrini möhkəmləndirmək, gənclərin asudə vaxtının səmərəli təşkilini təmin etməkdir.




.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB