Azərbaycan millisi bürünc medal qazanıb

Azərbaycan millisi bürünc medal qazanıb
Dubay şəhərində keçirilən 3-cü Fəzzə Açıq Beynəlxalq turnirində pauerliftinq üzrə milli komandamız bürünc medal qazanıb.

Siasport.az saytı xəbər verir ki, Azərbaycanın idman şərəfini 2 idmançımız qoruyub. 100 kq çəki dərəcəsində Elşən Hüseynov 212,5 kq nəticə ilə bürünc medal qazanıb, 100 kq-dan yuxarı çəkidə isə Məhərrəm Əliyev 220 kq nəticə ilə 9-cu yeri tutub.

Qeyd edək ki, turnirdə 10 çəki dərəcəsində 25 ölkədən, 120 idmançı öz qüvvəsini sınayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com