Berdıyev “Spartak”ın sükanı arxasına keçir?

Berdıyev “Spartak”ın sükanı arxasına keçir?

Rusiya futbolu ilə bağlı maraqlı xəbər yayılıb. "Matç TV"-nin yaydığı xəbərdə deyilir ki, Moskva "Spartak"ının yeni baş məşqçisi Kurban Berdıyev olacaq. Telekanal iddia edir ki, Moskva klubunun rəhbərliyi artıq təcrübəli mütəxəssislə anlaşıb. Berdıyev "Spartak"lə 2 illik müqavilə imzalayacaq. "Spartak" hələ bir neçə ay əvvəl "Rostov"un çalışdırıcısı ilə maraqlanırdı. Lakin həmin vaxt razılıq əldə olunmamışdı. Dmitri Aleyniçevin istefasından sonra yenidən diqqətlər Berdıyevə yönəlib və bu dəfə ortaq məxrəcə gəlmək mümkün olub.

Qeyd edək ki, ötən mövsüm "Rostov"a Rusiya Premyer Liqasının gümüş medallarını qazandıran Berdıyev cari mövsümdə də komandanı Çempionlar Liqasında pley-offa daşıyıb.

Bütün xəbərlər Facebook səhifəmizdə