Nazir müavini: "Olimpiya oyunlarında ötən dəfəkindən çox medal qazanılacaq" AÇIQLAMA

Nazir müavini: "Olimpiya oyunlarında ötən dəfəkindən çox medal qazanılacaq" AÇIQLAMA

"Bütün idmançılarımız Rio Olimpiadasına yüksək səviyyədə hazırlaşıblar. Dövlətimiz tərəfindən idmançılarımız üçün hər cür şərait yaradılıb. Onlar olimpiya oyunlarında bütün gücləri ilə mübarizə aparacaqlar". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov deyib.

O qeyd edib ki, XXXI Yay Olimpiya Oyunlarında idmançılarımız ötən olimpiadadan çox medal qazanacaqlar: "Bu gün dünyanın ən ali idman tədbirləri dünya və Avropa çempionatlarıdır. İmdançılarımız ötən il dünya və Avropa çempionatlarında 823 medal qazanıblar. Əgər onlar bu nailiyyətlərə imza atıblarsa, ümid edirəm ki, olimpiya oyunlarında da ötən dəfəkindən çox medal qazanılacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə