Şvaynştayger Almaniya millisindən getdiyini "tvitter"-dən açıqladı

Şvaynştayger Almaniya millisindən getdiyini "tvitter"-dən açıqladı

Almaniya millisinin yarımmüdafiəçisi Bastian Şvaynştayger yığmadakı karyerasını başa vurub. Bu barədə 31 yaşlı futbolçu "tvitter" sosial şəbəkəsindəki səhifəsində yazıb. "Almaniya millisinin əziz azarkeşləri. Mən baş məşqçi Yoahim Lövdən məni daha yığmaya çağırmamasını xahiş etdim. Çünki yığmadakı karyeramı başa vurmaq istədim. Azarkeşlərə, komandaya, Almaniya Futbol Federasiyasına və məşqçilər korpusuna təşəkkür edirəm".

Qeyd edək ki, 2004-cü ildən Almaniya millisində oynayan Şvaynştayger keçirdiyi 120 oyunda 24 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə