AZAL-ın zədələnən futbolçusu vətəninə getdi

AZAL-ın zədələnən futbolçusu vətəninə getdi
AZAL-ın serb legioneri Draqan Mandiç vətəninə gedib. Siasport.az saytı xəbər verir ki, fevralın 12-də keçirilən AZAL-"Gəncə" oyununda bel nahiyəsindən ağır zədə alan futbolçu uzun müddət müalicə olunmalıdır. Mandiçi müayinə edən həkimlər bu zədənin kifayət qədər ciddi olduğunu bildirib və futbolçunun bir müddət məşqlərdən kənarda qalmasını məsləhət görüblər. Bunu nəzərə alan klub rəhbərliyi Mandiçin ailəsinə baş çəkmək və müalicəsini Serbiyada davam etməklə bağlı xahişinə müsbət cavab verib.

Qeyd edək ki, 2005-ci ildən AZAL-da çıxış edən və komandanın veteranlarından olan yarımmüdafiəçi martın axırında Bakıya dönəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə