Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin dəvəti ilə Ukraynada 3D "street-art" sənətinin əsasını qoyan rəssamlardan biri Aleks Maksiov paytaxtımızda səfərdədir. SİA-nın məlumatına görə, 1990-cı ildən "street-art"la məşğul olan, Almaniya, İtaliya və Rusiyada keçirilən festivalların qalibi və laureatı Bakı Şahmat Olimpiadasına həsr olunan 3D "street-art" tablosu çəkib. Rəssam sözügedən əsəri Milli Parka Kukla Teatrının yaxınlığında yaradıb.
42-ci Ümumdünya Şahmat Olimpiadasına həsr olunan 3D "street-art" tablosu bu gün yekunlaşıb. Əsər paytaxt sakinlərinin böyük marağına səbəb olub. Tabloya baxmaq üçün Bakı Şahmat Olimpiadasının ulduz elçiləri Müşviq Abbasov və Coşqun Rəhimov da gəliblər.
Rəssam Aleks Maksiov jurnalistlərə açıqlmasında bildirib ki, yenidən Azərbaycanda olduğuna görə çox şaddır: "Çalışdım ki, Bakı Şahmat Olimpiyadasına dəstək olmaq üçün əsər yaradım. Tabloda olimpiadanın keçiriləcəyi məkan olan "Cristal Holl" və şahmat lövhəsi yer alıb. Şahmat lövhəsi sanki Amerikanın sürətli yarışlar keçirilən trası ilə "Cristal Holl"a gedir. Hər kəsi 3D "street-art" tablosuna baxmağa və onunla şəkil çəkdirməyə dəvət edirəm. 3D canlılığı əks etdirir. Bu, mənim Bakıda ikinci işimdir. İki il öncə Qız Qalası yaxınlığında da Bakıda keçirilən festivala həsr olunmuş "street-art" əsəri çəkmişəm. Səhv etmirəmsə, bu, Bakıda ilk "street-art" əsəridir. İnanıram ki, şahmatsevərlər də bu əsəri yüksək qiymətləndirəcəklər".










Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB