Olimpiadaya həsr olunan 3D "street-art" tablosu hazırlanır FOTOLAR

Olimpiadaya həsr olunan 3D "street-art" tablosu hazırlanır FOTOLAR

Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin dəvəti ilə Ukraynada 3D "street-art" sənətinin əsasını qoyan rəssamlardan biri Aleks Maksiov paytaxtımızdadır. SİA-nın məlumatına görə, 1990-cı ildən "street-art"la məşğul olan, Almaniya, İtaliya və Rusiyada keçirilən festivalların qalibi və laureatı Bakı Şahmat Olimpiadasına həsr olunan əsərin hazırlığına başlayıb. Aleks Maksiov əsərin iş prosesini Milli Parkda (Kukla Teatrının yaxınlığında) aparır.
Qeyd edək ki, 42-ci Ümumdünya Şahmat Olimpiadasına həsr olunan 3D "street-art" tablosunun sabah yekunlaşacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə