Politoloq: "Ermənistanda insanların aqibəti acınacaqlı olacaq" AÇIQLAMA

Politoloq: "Ermənistanda insanların aqibəti acınacaqlı olacaq" AÇIQLAMA

"Ötən həftə Ermənistanda post-partul polkunun bir qrup narazılar tərəfindən zəbt edilməsi hadisəsi və orada olan insanların girov götürülməsi mövcud hakimiyyətin zəifləməsini xarakterizə edir. Silahlı basqın zamanı bir nəfərin öldüyü və 4 nəfərin yaralandığı bildirilir. Girov götürülənlər arasında Ermənistanın iki böyük çinli polis məmuru da var. Silahlı basqın edənlər hazırda həbsdə olan radikal siyasətçi Jirar Səfilyanın azad olunmasını tələb edirlər". Bunu SİA-ya açıqlmasında politoloq Vasif Əfəndi deyib.

O qeyd edib ki, baş vermiş hadisəni təhlil edərkən, məntiqlə yanaşılanda insan ölümü ilə nəticələnən bu aksiya vasitəsilə həbsdə olan və cinayət məsuliyyəti daşıyan bir şəxsin azad olunması real görünmür: "Hətta Ermənistanda girovlarla adıçəkilən məhkumun dəyişdirilərək azad olunmasına nail olunmuş olsa belə, prosesdən sonra bu insanların aqibətinin çox acınacaqlı olacağına şübhə yoxdur. "Yeni Ermənistan" ictimai qurtuluş cəbhəsinin radikal lideri Jirar Səfilyan qanunsuz silah gəzdirdiyinə görə həbs olunsa da, həbsin motivləri başqadır. Serj Sarkisyana radikal müxalifətdə olan bu təşkilat əslində Ermənistan cəmiyyətinin çox az hissəsinin dəstəyini alır. Bu aksiyanı planlaşdıran Səfilyan tərəfdarları hesab edirdilər ki, çox qısa müddətdə Sarkisyandan narazı qüvvələr birləşərək böyük bir hərakata keçmək mümkün olcaq. "Yeni Ermənistan" tərəfdarları Sarkisyanın Dağlıq Qarabağ münaqişəsinin danışıqlarında güzəştə getdiyini əsas gətirərək narazıların sayını artırmağa çalışsalar da bu, alınmadı".

Politoloq bildirib ki, Səfilyan Ermənistanın hücuma keçərək daha bir neçə Azərbaycan rayonunu işğal etməsini istəyirdi: "Son dörd günlük müharibə isə sübut etdi ki, Azərbaycan ordusu kifayət qədər güclüdür və Ermənistanı bir neçə gün ərzində tam məğlub edə biləcək imkanlara mailkdir. Əslində Səfilyanın tərəfdarları məcburiyyətdən bu aksiyaya başlamışdılar. Liderləri həbs olunduqdan sonra növbənin onlara çatacağını güman edən radiklallar bir növ çıxış yolları olmadığından və çarəsizlikdən bu addımı atmalı olublar. Ermənistanda hakimiyyət dəyişikliyi və yaxud dövlət çevirilişi cəhdi nəzəri cəhətdən mümkün görünsə də, bunu sözügedən başıpozuq dəstənin həyata keçirəcəyinə inamaq sadəlövlük olardı".

Bütün xəbərlər Facebook səhifəmizdə