Dünən dünya futbol ictimaiyyətinin gözü yenə futbolun vətəninə,- "dumanlı albiom"a dikilmişdi. Siasport.az saytı xəbər verir ki, İngiltərə Premyer Liqasının və dünyanın iki ən möhtəşəm komandası olan "Çelsi" və "Mançester Yunayted" üz-üzə gəliblər. "Stenford Bric"də münasibətlərini aydnlaşdırmağa çalışan bu iki komandanın gərgin və amansız futbol mübarizəsində gülən tərəf meydan sahibləri olublar. Stadionda 41 min 825 nəfər futbol azarkeşinin canlı olaraq izlədiyi qarşılaşmanı, yüz milyonlarla insan dünyanın hər yerində ekran başında izləyib. Qarşılaşmada ilk qolu oyunun 29-cu dəqiqəsində Ruuni vurub. Meydan sahibləri vurulan qoldan sonra var qüvvələri ilə irəli atılsalar da "zadəganlar" ilk hissədə tərəfdarlarını sevindirə bilməyiblər. İkinci hissə başlayan kimi "Çelsi" futbolçuları Roman Abramoviçin onlara xərclədiyi milyonlara dəyib-dəymədiklərini saf-çürük ediblər. Oyunun 54-cü dəqiqəsində "zadəganların" gənc müdafiəçisi David Luiz "qırmızı şeytanları" cəzalandıraraq hesabı bərabərləşdirib. Qarşılaşmanın 79-cu dəqiqəsində isə "Çelsi"nin kapitanı Lampard təyin olunan penaltini qola çevirərək hesabı 2:1 öz komandasının xeyrinə dəyişib. Bundan sonra aqresiv futbol oynamağa başlayan "Mançester Yunayted" futbolçuları bunun acısını komandanın serbiyalı futbolçusu Vidiçin qırmızı vərəqə görərək meydandan qovulması ilə hiss ediblər. Qalan dəqiqələrdə qol olmayınca meydan sahibləri 2:1 hesablı qələbə ilə xallarının sayını 48-ə çatdırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB