İtaliyanın "İnter" futbol klubunun kamerunlu ulduz forvardı Samuel Etonun başına qəribə hadisə gəlib. Siasport.az saytı xəbər verir ki, bu ulduz futbolçu İtaliyada yol polisinə 36 avro cərimə ödəməmək üçün qadın polisə yalvarmalı olub ki, bu da bütün ölkədə dillər əzbərinə çevrilib. İtaliyanın aparıcı nəşrlərinin baş manşeti olan bu hadisə, İtaliyada böyük səs-küy yaradıb. İtaliya mətbuatını təəcübləndirən əsas məqam isə illik gəliri 20 milyon avroya bərabər olan bir futbolçunun 36 avronu ödəməmək üçün özünü bu vəziyyətə salmasıdır. Artıq "İnter" rəhəbrliyi də kamerunlu futbolçunu belə ucuz şouları təkrar etməməyə və qanunlara riayət etməyə çağırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB