Avropa çempionu PORTUQALİYA

Fransada keçirilən "Avro-2016"nın qalibi məlum olub. SİA-nın verdiyi məlumata görə, bununla da iyunun 10-da start götürən qitə birinciliyi sona çatıb. Həlledici oyunda meydan sahibləri ilə Portuqaliya millisi qarşılaşıb.

Fransızlar çempionatın əvvəlindən favoritlərdən sayılırdısa, Portuqaliya millisinin finala qədər gəlməsi o qədər də gözlənilən deyildi. Fransa millisi indiyədək iki dəfə - 1984 və 2000-ci ildə qitə çempionu adını qazanıb. Portuqaliyalılar isə bir dəfə buna yaxın olub. Onlar 2004-cü ildə ölkərində keçirilən Avropa çempionatının finalında Yunanıstana uduzub.

Komandalar meydana aşağıdakı tərkibdə çıxıb:

Portuqaliya: 1. Rui Patrisio, 3. Pepe, 4. Joze Fonte, 5. Rafael Querreyro, 7. Kriştiano Ronaldo (k), 10. Joao Mario, 14. Uilyam Karvalyo, 16. Renato Sançes, 17. Luiş Nani, 21. Sedriç, 23. Adrien Silva

Ehtiyat oyunçular: 2. Bruno Alveş, 6. Rikardo Karvalyo, 8. Joao Moutinyo, 9. Eder, 11. Vieirinya, 12. Anthoni Lopes, 13. Danilo, 15. Andre Qomeş, 18. Rafa Silva, 19. Eliseu, 20. Rikardo Quarejma, 22. Eduardo

Fransa: 1. Hüqo Lloris (k), 3. Patris Evra, 7. Antuan Qrizman, 8. Dimitri Paye, 9. Olivye Jiru, 14. Blez Matuidi, 15. Pol Poqba, 18. Musa Sissoko, 19. Bakari Sanya, 21. Loren Koselni, 22. Samuel Umtiti

Ehtiyat oyunçular: 2. Kristof Jallet, 4. Adil Rami, 5. N'Qolo Kante, 6. Yohan Kabay, 10. Andre-Pyer Jinyak, 11. Antoni Martial, 12. Morqan Şneyderlin, 13. Eliakvim Manqala, 16. Stiv Mandanda, 17. Lukas Diqne, 20. Kinqsli Kuman, 23. Benoit Kostil

Portuqaliya millisi ciddi itki ilə üzləşib. Komandanın aparıcı futbolçusu Kriştiano Ronaldo matçın gedişində zədələnib. Matçın 17-ci dəqiqəsində Dmitri Paye ilə mübarizədə dizindən zədə alan Ronaldo həkimlərin müdaxiləsindən sonra yenidən meydana qayıdıb. Lakin oyunu davam etdirə bilməyən Ronaldo əvəzlənmək məcburiyyətində qalıb. 31 yaşlı futbolçu meydanı xərəkdə gözyaşları ilə tərk edib.

Qeyd edək ki, görüşün 25-ci dəqiqəsində Ronaldonun əvəzinə meydana Rikardo Quarejma daxil olub.

Əlavə vaxtın 109-cu dəqiqəsində poltuqaliyalı Ederin vurduğu qol oyunun taleyini həll edib. Beləliklə, Portuqaliya tarixində ilk dəfə Avropa çempionu olub.

Portuqaliya - Fransa - 1:0

Qol: Eder, 109 (1:0)
Baş hakim: Mark Klattenburq
Yan xətt hakimləri: Simon Bek, Ceyk Kollin
Əlavə köməkçi-hakimlər: Entoni Teylor, Andre Marriner (hamısı İngiltərə)
Sent-Denis. "Stad de France"

Bütün xəbərlər Facebook səhifəmizdə