"Baltsan" futbolçuları Bakıdadır

"Baltsan" futbolçuları Bakıdadır

Avropa Liqasının birinci təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Baltsan" klubu dünən Bakıya gəlib. Azerisport.az xəbər verir ki, bu gün maltalıların matçın keçiriləcəyi 8-ci km stadionunda məşqi olacaq. Həmin hazırlıq prosesi saat 20:00-da başlayacaq. Qeyd edək ki, "Neftçi" ilə "Baltsan" arasındakı ilk matç bakılıların 2:0 hesablı səfər qələbəsi ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə