Bakı şəhər açıq birinciliyi keçirilib

Bakı şəhər açıq birinciliyi keçirilib
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq Xətai rayonu 15 №-li UGİM-nin üzgüçülük hovuzunda su polosu üzrə yeniyetmələr arasında Bakı şəhər açıq birinciliyi keçirilib. Siasport.az saytı xəbər verir ki, yarışda Spektra (Tbilisi), Azərbaycan Dövlət Bədən Tərbiyəsi İdman Akademiyası, Hərbi Dəniz Qüvvələri, MOİK-I, MOİK-II komandaları mübarizə aparıblar.

Komandalar arasında I yerə MOİK-I, II yerə ADBTİA, III yerə isə MOİK-II komandasI layiq görülüb.

I, II, III yerləri tutmuş komandalar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com