Rail Məlikov: ""Xəzər Lənkəran"la oyunda bir epizodda rəqibin qapısına penalti təyin edilməli idi"

Rail Məlikov: ""Xəzər Lənkəran"la oyunda bir epizodda rəqibin qapısına penalti təyin edilməli idi"

"Hazırda liderliyimiz davam edir. İndi biz yalnız "Simurq"la qarşıdakı oyunu düşünürük. Rəqibimiz qış fasiləsində heyətinə təcrübəli futbolçular cəlb edib. Flaqman hər zaman qələbəyə oynayır. Bu "Neftçi"nin ruhudur". Siasport.az saytı xəbər verir ki, bu sözləri "Neftçi"PFK-nın kapitanı Rail Məlikov klubun rəsmi saytına deyib. O, son derbi oyununda "Neftçi"nin yalnız qələbə qazanmaq üçün çıxdığını, nəticədən razı qalmadığını bildirib: "Bərabərlik bizim üçün yaxşı nəticə deyil. Çünki biz oynadığımız oyunla qələbəyə layiq idik. Matçda üstünlük bizim tərəfimizdə idi. Hər kəs gördü ki, "Neftçi" klubu necə futbol oynayır. Klub rəhbərliyi matçı yüksək səviyyədə təşkil etmişdi. Oyuna diqtə edən tərəf olaraq, bir neçə real qol vurmaq imkanı yaxaladıq. Hətta bir epizodda rəqibin qapısına penalti təyin edilməli idi. Ancaq nə etmək olar, bu futboldur. Təəssüflər olsun ki, rəqibi məyus edə bilmədik. Bu oyunda "ağ-qara"lı tərəfdarlar möhtəşəm idi. Onlara xüsusi təşəkkür düşür. Qoy gəlsinlər, bizi hər oyunda dəstəkləsinlər. Lənkəranlı fanatlara da oyuna böyük diqqət göstərdikləri üçün minnətdarlığımı bildirirəm. Mövsümün sonunda çempion olaraq, azarkeşlərimizi sevindirəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə