Azad Rəhimov: "IWF-nin qərarı ilə bağlı apellyasiya şikayəti veriləcək" AÇIQLAMA
Gənclər və idman naziri Azad Rəhimov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF ) Azərbaycan idmançılarına tətbiq etdiyi cəza haqqında media nümayəndələrinə açıqlama verib. SİA-nın məlumatına görə, o, idmançılarımıza tətbiq olunan cəzadan apellyasiya şikayəti veriləcəyini bildirib: "Rio-2016" Yay Olimpiya Oyunlarına bu növ üzrə 4 lisenziya qazanılsa da, Beynəlxalq Federasiya Azərbaycanın 1 kişi və 1 qadın ağırlıqqaldıranının lisensiyasını ləğv edib. İdmançılardan bəziləri cəzalarla razı deyillər və IWF-nin qərarı ilə bağlı apellyasiya şikayəti veriləcək. Vəkil vasitəsilə işə başlamışıq. Hazırda Beynəlxalq Olimpiya Komitəsindən son qərarla bağlı məktub gözləyirik. Çox istərdik ki, yüksək nəticə göstərmiş ağırlıqqaldıranlarımız olimpiadada iştirak etsinlər".
Xatırladaq ki, Beynəlxalq Ağırlıqqaldırma Federasiyası İcraiyyə Komitəsinin qərarı ilə "Rio-2016" Yay Olimpiya Oyunlarına hazırlıq dövründə dopinq-testlərin dəfələrlə müsbət nəticə verməsi səbəbindən, Azərbaycanın 1 kişi və 1 qadın atletinin lisenziyası ləğv edilib. Bu növ üzrə Azərbaycan idmançıları 4 lisenziya qazanmışdılar. Qərardan sonra "Rio-2016"da Azərbaycanın 3 kişi atleti mübarizə apara biləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB