“Haas” və “Red Bull Racing”in pilotları yolu səhv saldılar

“Haas” və “Red Bull Racing”in pilotları yolu səhv saldılar

Bakıda keçirilən Formula-1 üzrə Avropa Qran-Prisinin 1-ci test yürüşündə maraqlı hadisə baş verib. SİA-nın məlumatına görə, "Haas" komandasının pilotu Esteban Qutyerres yolu səhv salıb.

Trekin 16-cı döngəsində sola dönməli olan pilot düz istiqamətdə hərəkət edib və yolun bağlı olduğunu görüb. Pilot dərhal bolidini doğru istiqamətə sürərək mübarizəyə davam edib.

"Red Bull Racing"in pilotu Daniil Kvayt da eyni aqibətlə üzləşib.

Qeyd edək ki, hazırda ən yaxşı göstərici "Mercedes"in pilotu Luis Hamiltona məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə