Güləşçilərimiz Batumidə 9 medal qazanıblar

Güləşçilərimiz Batumidə 9 medal qazanıblar

Gürcüstanın Batumi şəhərində dünya və Avropa çempionu Davit Bedinadzenin şərəfinə yeniyetmələr arasında yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib. SİA-nın məlumatına görə, Azərbaycan, Gürcüstan, Türkiyə, Rusiya və Ermənistan komandalarının mübarizə apardığı yarışda güləşçilərimiz 2 gümüş və 7 bürünc medal qazanıblar.

Yalnız final görüşündə məğlub olan Əsgər Əlizadə (46 kq) və Fərid Qafarov (54 kq) turnirin gümüş medalına yiyələnib. Bürünc medalları isə yığmamıza Zaur Əliyev, Elçin Quluzadə (hər ikisi 42 kq), Araz Şükürzadə (46 kq), Əli Kərimov (50 kq), Həsən Məmmədli (58 kq), Məhəmməd Alxaslı (85 kq) və Uğur Hacılı (100 kq) qazandırıb.

Bu nəticə ilə yığmamız komanda hesabında Gürcüstan millisindən sonra ikinci yeri tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə