"Neftçi" klubu Türkiyənin Antalya şəhərində keçirdiyi təlim-məşq toplanışını başa vuraraq, Vətənə dönür. Siasport.az saytı xəbər verir ki, müdafiəçi İqor Mitreski istisna olmaqla, komanda üzvləri axşam saatlarında Bakıda olacaqlar. Mitreski isə birbaşa Antalyadan vətəninə yollanıb. Makedoniyalı futbolçu milli komandanın düşərgəsinə qoşulacaq. Mitreski fevralın 9-da Kamerun milli komandası ilə Skopye şəhərində keçiriləcək yoldaşlıq oyununa dəvət olunub. İqor fevralın 10-də "Neftçi"nin düşərgəsinə qayıdacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB