ABŞ-ın Los Anceles şəhərində sərbəst güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışları keçirilib. SİA-nın məlumatına görə, yarışda Azərbaycanla yanaşı, ABŞ, Rusiya, İran, Türkiyə, Gürcüstan, Monqolustan və Hindistan güləşçiləri iştirak edib.
Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri İran, ABŞ və Hindistan komandaları ilə B qrupunda mübarizə aparıb. A qrupunda isə, Rusiya, Türkiyə, Gürcüstan və Monqolustan komandaları qüvvələrini sınayıb.
İlk görüşlərdən sonra qrup üçüncüsü olan yığmamız 5-ci yer uğrunda digər qrupun üçüncüsü olan Monqolustan yığması ilə qarşılaşıb. 5:3 hesablı qələbə qazanan güləşçilərimiz gənc heyətlə qatıldığı Dünya Kubokunu 5-ci sırada başa vurub.
Xatırladaq ki, ötən il keçirilən analoji yarışı sərbəst güləşçilərimiz üçüncü sırada tamamlamışdı.
|
İran - AZƏRBAYCAN 5:3 57 kq - Hassan Rahimi - Mahmud Məhəmmədov 11:1 61 kq - Behnam Ehsanpur - Əhmədnəbi Qvarzatilov 2*:2 65 kq - Meysam Nasiri - Məhəmməd Müslümov 7:6 70 kq - Mostafa Hosseinxani - Hacımurad Ömərov 3:6 74 kq - Hassan Yazdaniçarati - Əşrəf Əliyev 9:5 86 kq - Alireza Karimimaçiani - Aleksandr Qostiyev 2:5 97 kq - Abbas Tahan - Aslanbek Alborov 0:2 125 kq - Komeil Qasemi - Səid Həmidov 5:4 |
AZƏRBAYCAN - Hindistan 7:1 57 kq - Mahmud Məhəmmədov - Amit Kumar 3:0 61 kq - Cahid Həsənzadə - Bairang Bairang 3:9 65 kq - Məhəmməd Müslümov - Rajneş Rajneş 4:0 70 kq - Hacımurad Ömərov - Kumar Vinod 12:1 74 kq - Əşrəf Əliyev - Parvin Rana 10:0 86 kq - Məhəmmədhacı Xatiyev - Pavan Kumar 6:1 97 kq - Aslanbek Alborov - Sativart Kadian 3:0 125 kq - Səid Həmidov - Hitender Hitender 3:0 |
|
|
AZƏRBAYCAN - ABŞ 0:8 57 kq - Mahmud Məhəmmədov - Daniel Dennis-Kengot 0:10 61 kq - Əhmədnəbi Qvarzatilov - Antoni Ramos 4:10 65 kq - Məhəmməd Müslümov - Frank Molinaro 1:4 70 kq - Hacımurad Ömərov - Ceyms Qrin 0:10 74 kq - Əşrəf Əliyev - Aleksandr Dieringer 0:8 86 kq - Aleksandr Qostiyev - Michael Cox 2:3 97 kq - Aslanbek Alborov - Frederik Snider 1:2 125 kq - Səid Həmidov - Yakob Varner 0:10 |
Monqolustan - AZƏRBAYCAN 3:5 (5-ci yer uğrunda) 57 kq - Batbold Sodnomdaş - Mahmud Məhəmmədov 0:11 61 kq - Tuvşintulqa Tumenbileg - Əhmədnəbi Qvarzatilov 0:10 65 kq - Mandaxnaran Qanzoriq - Məhəmməd Müslümov 7:3 70 kq - Altangerel Dorjtseqmed - Hacımurad Ömərov 5:6 74 kq - Unurbat Purevjav - Əşrəf Əliyev 7:0 86 kq - Uytumen Orqodol - Məhəmmədhacı Xatiyev 5:0 97 kq - Xuderbulqa Dorjxand - Aslanbek Alborov 1:6 125 kq - Çuluunbat Jarqalsaixan - Səid Həmidov 2:6 |
|
| YEKUN | ||
|
1. İran 2. Rusiya 3. Gürcüstan 4. ABŞ |
5. AZƏRBAYCAN 6. Monqolustan 7. Hindistan 8. Türkiyə |
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB