Elmar Baxşiyev: "Azarkeşlərimizi "Xəzər Lənkəran"la oyuna səsləyirəm"

Elmar Baxşiyev: "Azarkeşlərimizi "Xəzər Lənkəran"la oyuna səsləyirəm"

"Komandamız Antalyadakı təlim-məşq toplanışı çərçivəsində keçirilən yoxlama matçlarında yaxşı oyun göstərir. İnşallah, Premyer Liqada bunun davamını gətirmək istəyirik". Siasport.az sayt xəbər verir ki, bu sözləri "Neftçi" PFK-nın futbolçusu Elmar Baxşiyev klubun rəsmi saytına açıqlamasında deyib. Yarımmmüdafiəçi bildirib ki, bütün diqqətlərini Premyer Liqaya yönəldiblər: "Sevindirici haldır ki, "Neftçi"nin sabit oyunu var. Meydana hansı futbolçuların çıxmasından asılı olmayaraq, oyun üslubumuz dəyişmir. Burada keçirdiyimiz 3 yoxlama matçının hər 3-nü qələbə ilə başa vurmuşuq. Təlim-məşq toplanışlarında ciddi hazırlaşırıq. Amma təbii ki, bütün diqqətimiz Premyer Liqaya yönəlib. Fevralın 13-də bizi vacib oyun gözləyir. "Xəzər Lənkəran"la derbi matçına çıxacağıq. Bütün azarkeşlərimizi "Xəzər Lənkəran"la oyuna səsləyirəm. Fanat ordumuz stadiona gəlib, bizi dəstəkləsin. İnanıram ki, komandamız onları bu görüşdə sevindirəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə