Paytaxtımızda 17-19 iyun tarixlərində təşkil olunacaq Formula-1 üzrə Avropa Qran Prisi ərəfəsində Bakı Şəhər Halqasının (BŞH) keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər iyunun 14-ü gecə saat 01:00-dan etibarən iyunun 21-i səhər saat 06:00-dək bağlı olacaq. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən SİA-ya verilən məlumata görə, BŞH ətrafında yaşayan və fəaliyyət göstərən müəssisələrdə çalışan sakinlər həmin ərazilərə avtomobillə daxil olmaq üçün nəqliyyat nişanı əldə etməlidirlər.
Nəqliyyat nişanları haqda məlumatı nəzərinizə çatdırırıq:
1. İçərişəhər
2. Azadlıq meydanı və yaxınlığında yerləşən digər ərazilər
3. BMT-nin 50 illiyi küçəsi
1 və 2-ci zonalarda nəqliyyatın hərəkətinə ancaq gecə vaxtı saat 24:00-dan səhər saat 06:00-dək icazə veriləcək. 3-cü zonada isə nəqliyyatın hərəkətinə gün ərzində icazə veriləcək və müvafiq nişana sahib olan avtomobillər istənilən saatda bu zonaya daxil ola biləcəklər. 1-ci zonaya giriş Azneft dairəsi tərəfdən, 2-ci zonaya giriş isə Azadlıq prospekti tərəfdən olacaq.
1-ci zonaya aid nişanlar İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən, 2 və 3-cü zonalara aid nişanlar isə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təqdim olunacaq.
1-ci zonaya dair ətraflı məlumat almaq üçün 497-52-46 telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. 2 və 3-cü zonalara aid ətraflı məlumatı isə 492-98-14 və 492-09-02 telefon nömrələri ilə əlaqəsaxlamaqla Bakı Şəhər İcra Hakimiyyətindən ala bilərsiniz.
Bu ərazilərdə yaşayan sakinlərə və işgüzar fəaliyyətlə məşğul olanlara həmin zonalara müvafiq rəqəmlərlə ifadə olunan və yaşayış yerinə giriş icazəsini göstərən nişanlar əlaqədar qurumlar tərəfindən mayın 30-dan başlayaraq iyunun 13-dək təqdim olunacaq. Verilən nişanlar götürülərək avtomobillərin ön şüşələrinə yapışdırılmalıdır. Nişan sahibləri ancaq nişanın aid olduğu zonaya daxil ola biləcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB