“Arsenal”ı topa tutdular!

"Arsenal"ı topa tutdular!

İngiltərə kuboku uğrunda bir sıra qarşılaşmalar keçirilib. Siasport.az saytı xəbər verir ki, keçirilən qarşılaşmalar sırasında ən gözlənilməz nəticə məhz "Arsenal"ın payına düşüb. Belə ki İngiltərə liqasının aşağı dəstəsində qərar tutan "İpsviç"lə qarşılaşan "topçular" gözlənilmədən zəif rəqibə yeniliblər. Arsen Vengerin komandası birinci hissədə ardıcıl hücumlar təşkil etsə də ilk hissə 0-0 hesabı ilə başa çatıb. İkinci hissədə "Arsenal"ı öz qapısına tərəf sıxışdıran ev sahibi komanda, 78-ci dəqiqədə Prişkinin atdığı qolla "Arsenal"ın ümidlərini alt-üst edib. Cavab qarşılaşması "Arsenal"ın meydanında keçiriləcəyindən "topçular" bu qarşılaşmanın fovoriti göstərilsələr də, sensasiyalı nəticənin baş verəcəyi də gözləniləndir.

Bütün xəbərlər Facebook səhifəmizdə