"Xəzər Lənkəran"ın düşərgəsində yeni legioner

"Xəzər Lənkəran"ın düşərgəsində yeni legioner
Xəbər verdiyimiz kimi, "Xəzər Lənkəran" klubu Antaliyada təlim-məşq toplanışındadır. Siasport.az saytı xəbər verir ki, komandanın düşərgəsinə yeni futbolçu qoşulub. Belə ki, Portuqaliyalı Simao Bruno artıq heyətlə məşqlərə qatılır. 25 yaşlı futbolçu müdafiənin və yarımmüdafiənin sol cinahında oynaya biləcək gücdədir. Futbolçunun son çıxış etdiyi klub Rumıniyanın "Astra Ploesti" klubu olub.

Bütün xəbərlər Facebook səhifəmizdə