Mixael Ballak Məsut Özili təriflədi

Mixael Ballak Məsut Özili təriflədi

İngiltərənin "Çelsi" futbol kubundan Almaniyanın "Bayer Liverkuzen" klubuna transfer olunan Almaniya milli komandasının keçmiş kapitanı Mixael Ballak Almaniya milli komandasının digər bir üzvü və "Real Madrid"in türk əsilli futbolçusu Məsut Özil barədə açıqlama ilə çıxış edib. M.Ballak "Berliner Morgenpost" qəzetində dərc olunan açıqlamasında bildirib ki, "Məsut Özilin yıgmaya gəlməsi ilə ilə uzun zamandan bəri boş qalan orta sahənin mərkəz mövqeyində yenidən çox yaxşı bir oyunçuya sahib olduq. M.Özilin mükəmməl bir qabiliyyəti və böyük bir potensialı var". Özünün gələcək koryerası baxımından 2012-ci il Avropa Çempionatının əhəmiyyətli bir hədəf olub-olmadıgına dair sualı cavablandıran M.Ballak, uzun bir zədə dövrü keçirdiyini xatırladaraq, indi daha çox "Bayer Liverkuzen"də formasını bərpa etməyə və yaxşı futbol oynamağa çalışdığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə