"Rusiya klubu çox yaxşı bir təklif göndərib, Luçesku da qəbul edib"
Luçeskunun yeni iş yeri

"Zenit" "Şaxtyor"un baş məşqçisi Mirça Luçeskuya təklif göndərib. Rumıniyalı mütəxəssisin yaxın dostu və FIFA meneceri Doğan Ercan Luçesku ilə söhbəti haqda danışıb.

"Radyospor"da Özgür Sancarın canlı yayımda qonağı olan agent bunları söyləyib: "Lucesku ilə matçdan sonra danışdım. Türkiyədən heç bir klub mütəxəssislə danışmayıb.

O, isə artıq "Zenit"lə prinsipial razılıq əldə edib. Rusiya klubu çox yaxşı bir təklif göndərib, Luçesku da qəbul edib".

Ancaq Luçeskunun meneceri Arkadiy Zaporojanu isə məlumatı təkzib edib və bildirib ki, "Şaxtyor" rəhbərliyi ilə görüşdən sonra məsələyə aydınlıq gələcək.

Daha əvvəl bildirilir ki, 70 yaşlı mütəxəssis "Monako" və ya "Fənərbağça"nı çalışdıracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə