“Şəmkir”in baş məşqçisinin futbol fəaliyyətinə 12 ay qadağa qoyuldu

“Şəmkir”in baş məşqçisinin futbol fəaliyyətinə 12 ay qadağa qoyuldu

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. SİA iclasda qəbul olunmuş qərarları nəzərinizə çatdırır:

4 may 2016-cı il, 2015/2016 mövsümündə, XXIV Azərbaycan Kubokunun 1/2 mərhələsinin cavab oyunu olan "Qəbələ" – "Neftçi" matçında "Qəbələ" və "Neftçi" klublarının azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə hər iki klub 1000 manat cərimə olunur (maddə 52.2).

Oyunun 113-cü dəqiqəsində "Qəbələ" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunur (maddə 52).

7 may 2016-cı il, 2015/2016 mövsümündə, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasının XXXIII turunun "Zirə" – "Qəbələ" matçında "Qəbələ" klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

6 may 2016-cı il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXXIII turunun "Xəzər Lənkəran" – "Kəpəz" matçında "Xəzər Lənkəran" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).

6 may 2016-cı il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXXIII turunun "Zirə" – "Qəbələ" matçında "Qəbələ" klubunun 28 №-li futbolçusu Vəzir Musayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

6 may 2016-cı il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun XXV turunun "Şahdağ" – "Şərurspor" matçında "Şahdağ" klubu oyunda iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir, klub 500 manat cərimə olunur (maddə 56).

6 may 2016-cı il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun XXV turunun "Energetik" – "Göyəzən" matçında "Göyəzən" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

6 may 2016-cı il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun XXV turunun "Ağsu" – "Qaradağ Lökbatan" matçının 90+2-ci dəqiqəsində "Qaradağ Lökbatan" klubunun 19 №-li futbolçusu Rüfət Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

6 may 2016-cı il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun XXV turunun "Şəmkir" – MOİK matçının 18-ci dəqiqəsində "Şəmkir" klubunun 5 №-li futbolçusu Elmin Həsənov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

"Şəmkir" – MOİK matçının 18-ci dəqiqəsində "Şəmkir" klubunun cəzalı olan baş məşqçisi Kamran Əlibabayev tribunadan meydançaya daxil olaraq komandasının oyunu davam etdirməməyini tələb etmiş və oyunda 10 dəqiqə məcburi fasilənin yaranmasına səbəb olmuş, habelə hakimlər briqadasını təhqir edərək onlara hədə-qorxu gəlmişdir. İntizam Komitəsi aşağıdakı qərarları qəbul edir:

Oyunun 18-ci dəqiqəsində "Şəmkir" klubunun baş məşqçisi Kamran Əlibabayev tribunadan meydançaya daxil olaraq oyunda fasilə yaranmasına səbəb olması, habelə hakimlər briqadasını təhqir edərək hədə-qorxu gəlməsini və bu halın analoji olaraq ardıcıl baş verdiyini nəzərə alaraq 12 ay futbol fəaliyyətinə qadağa qoyulur, klub 1500 manat cərimə olunur (maddə 80).

"Şəmkir" klubu meydançanı özbaşına tərk etdyi üçün, sonradan meydançaya qayıtmasına və oyuna davam etməsinə baxmayaraq klub 1000 manat cərimə olunur (maddə 53.2).

1 may 2016-cı il Azərbaycan birinciliyinin II dəstəsinin "Adrenalin" FK – "FKİT" matçının 30-cu dəqiqəsində "Adrenalin" klubunun 4 №-li futbolçusu Cavid Ağali sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

Oyunun 44-cü dəqiqəsində "FKİT" klubunun 10 №-li futbolçusu Emin Əliyev və "Adrenalin" klubunun 9 №-li futbolçusu İntiqam Babayev, 13 №-li futbolçusu Musa Məmmədov rəqibi təhqir etdiylərinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər bir futbolçu 3 oyun cəzalanır (maddə 42.1).

Bütün xəbərlər Facebook səhifəmizdə