PAŞA Bank və BŞH arasında memorandum imzalanıb FOTOLAR - SƏS TV

PAŞA Bank və BŞH arasında memorandum imzalanıb FOTOLAR - SƏS TV

PAŞA Bank və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) arasında qarşılıqlı əməkdaşlığa dair birgə anlaşma memorandumu imzalanıb. SİA-nın məlumatına görə, bununla bağlı bankın baş ofisində tədbir keçirilib. Tədbirdə PAŞA Bankın idarə Heyətinin üzvü Aydın Atakişiyev və BŞH-nin Kommersiya şöbəsinin rəhbəri Bülent Özərdim iştirak ediblər.

PAŞA Bankın idarə Heyətinin üzvü Aydın Atakişiyev təmsil etdiyi qurumun tərəfdaş kimi işgüzar fəaliyyətə böyük dəstək verdiyini qeyd edib: "Memoranduma əsasən, PAŞA Bank BŞH-nin bank xidmətləri və maliyyə tərəfdaşı olacaq. Biz bu mötəbər yarışa dəstək verdiyimizə görə məmnunuq. Belə beynəlxalq yarışlar ölkəmizdə turizmin və iqtisadiyyatın inkişafına töhfə veir".

O, müqavilənin şərtlərinə əsasən, "Formula-1" üzrə Avropa Qran-Prisi zamanı PAŞA Bankın ərazilərə 5 yeni bankomat quraşdıracağını qeyd edib.

BŞH-nin Kommersiya şöbəsinin rəhbəri Bülent Özərdim qarşılıqlı əməkdaşlığın yarışın yüksək səviyyədə təşkil olunmasına böyük dəstək olacağını vurğulayıb: "Bakıda ilk dəfə keçiriləcək "Formula-1" üzrə Avropa Qran-Prisinin hazırlıq işlərinin geniş vüsət aldığı bir ərəfədə Azərbaycanın ən qabaqcıl maliyyə qurumlarından biri olan PAŞA Bank ilə əməkdaşlıq bizim üçün çox qürurvericidir. Ev sahibliyi etdiyimiz mötəbər yarış şəhərimizə yeni biznes imkanları gətirəcək. Bundan maksimum faydalanmaq üçün hamılıqla fəaliyyətimizi yüksək standartlara uyğun qurmalıyıq. İnanırıq ki, bu istiqamətdə birgə görüləcək işlər yarışın yüksək səviyyədə həyata keçirilməsinə və qarşılıqlı əməkdaşlıq imkanlarının səmərəli şəkildə inkişafına xidmət edəcək.

Daha sonra hər iki tərəf müqaviləni imzalayıb.

Qeyd edək ki, memorandumun şərtlərinə əsasən, tərəflər göstərdikləri işgüzar xidmətin daha geniş kütləyə təqdim olunması istiqamətində qarşılıqlı fəliyyətə dair öhdəlik götürüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə