Çempionlar Liqasında digər finalçının adı bəlli olub. SİA-nın məlumatına görə, yarımfinal mərhələsinin cavab oyununda "Real" (Madrid) "Mançester Siti"ni qəbul edib. Mançesterdə keçirilən ilk oyunda qolsuz heç-heçə qeydə alındığından komandaların şansı bərabər qiymətləndirilirdi. Madriddə görüşün taleyini bir qol həll edib. Fernandonun 20-ci dəqiqədəki avtoqolu "Real"ı finala yüksəldib.
Qeyd edək ki, "Real" finalda Madridin digər komandası "Atletiko" ilə qarşılaşacaq. Mayın 28-də Milanda keçiriləcək final görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
4 may
Çempionlar Liqası
Yarımfinalın cavab oyunu
22:45."Real" (Madrid, İspaniya) - "Mançester Siti" (İngiltərə) 1:0
Qol: Fernando, 20-avtoqol (1:0)
İlk oyun - 0:0
3 may
"Bavariya" (Almaniya) - "Atletiko" (Madrid, İspaniya) 2:1
Qollar: Xabi Alonso, 31 (1:0), Antuan Qrizmann, 54 (1:1), Robert Levandovski, 74 (2:1)
İlk oyun - 0:1
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB