"Qalatasaray" finalda

Futbol üzrə Türkiyə Kubokunda yarımfinal mərhələsinin cavvab görüşləri keçirilir. SİA-nın məlumatına görə, ilk oyun günündə bir qarşılaşma baş tutub. "Qalatasaray" evdə "Rizəspor"la qarşılaşıb. Səfərdə 3:1 hesabı ilə qalib gələn "Cim Bom" evdə rəqibin müqavimətini qıra bilməyib - 0:0. Lakin bu nəticə "Qalatasaray"ı finala yüksəldib.

Qeyd edək ki, digər finalçı "Fənərbaxça" - "Konyaspor" cütünün qalibi olacaq. İlk görüşdə "Fənərbaxça" səfərdə 3:0 hesabı ilə qalib gəlib.

4 may

Türkiyə kuboku

Yarımfinal cavab oyunu

"Qalatasaray" - "Rizəspor" 0:0
İlk oyun - 3:1

Bütün xəbərlər Facebook səhifəmizdə