Mikayıl Rəhimova göstərilmiş qırmızı vərəqə ləğv olundu

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. SİA iclasda qəbul olumuş qərarları nəzərinizə çatdırır:

Topaz Premyer Liqasının XXVII turunun AZAL – "Qəbələ" matçında "Qəbələ" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

Topaz Premyer Liqasının XXVII turunun "İnter" – "Neftçi" matçında "İnter" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

Topaz Premyer Liqasının XXVII turunun "Sumqayıt" – "Xəzər Lənkəran" matçının 70-ci dəqiqəsində "Sumqayıt" klubunun 6 №-li futbolçusu Mikayıl Rəhimov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılışmışdır.

İntizam Komitəsi oyunun video yazısını izlədikdən sonra aşağıdakı qərarları qəbul etmişdir:

Oyunun 70-ci dəqiqəsində "Sumqayıt" klubunun 6 №-li futbolçusu Mikayıl Rəhimova sonuncu ümid fouluna görə göstərilmiş qırmızı vərəqə hakim tərəfindən epizodu düzgün qiymətləndirilmədiyi səbəbindən ləğv olunur (maddə 19) .

Hakimlər Komitəsi oyunun hakimi haqqında lazımı ölçü götürüb İntizam Komitəsini məlumatlandırsın.

Əvəzedici heyətlərin XXVII turunun "Qarabağ" – "Rəvan" matçında "Rəvan" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).

Oyunun 40-cı dəqiqəsində "Rəvan" klubunun 33 №-li futbolçusu Sahil Cəfərov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 42.3).

Bütün xəbərlər Facebook səhifəmizdə