Futbolçu hakimi təhqir etdiyinə görə 4 oyunluq cəzalandı

Futbolçu hakimi təhqir etdiyinə görə 4 oyunluq cəzalandı

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. SİA iclasda qəbul olunmuş qərarları nəzərinizə çatdırır:

19 fevral 2016-cı il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasının XXII turunun "İnter" – "Kəpəz" matçında "İnter" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

19 fevral 2016-cı il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasının XXII turunun "Qarabağ" – "Neftçi" matçında "Neftçi" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

14 fevral 2016-cı il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasında çıxış edən klubların XXI turunun "Zirə" – "Rəvan" matçının videoyazısına baxıldıqdan sonra aşkar olunmuşdur ki, "Rəvan" klubunun 11 №-li futbolçusu Elnur Abdulov oyunun 75-ci dəqiqəsində meydançaya daxil olarkən futbolçunun oyun formasında adı qeyd olunmamışdır. Fubolçunun adının qeyd olunmamasına görə "Rəvan" klubu 1000 manat cərimə olunur (maddə 73.3).

19 fevral 2016-cı il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXII turunun "Qarabağ" – "Neftçi" matçında "Neftçi" klubunun baş məşqçisi Tofiq Mustafayev texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 500 manat cərimə olunur(maddə 62).

19 fevral 2016-cı il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXII turunun "Rəvan" – "Qəbələ" matçında "Rəvan" klubunun 4, "Qəbələ" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 500 manat cərimə olunur (maddə 40).

18 fevral 2016-cı il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionunun XIV turunun "Göyəzən" – "Turan Tovuz" matçının 90+3-cü dəqiqəsində "Göyəzən" klubunun 2 №-li futbolçusu Elxan Alışanlı idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

18 fevral 2016-cı il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun XIV turunun "Mil-Muğan" – "Şərurspor" matçında "Mil-Muğan" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

18 fevral 2016-cı il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun XIV turunun "Şahdağ" – "Qaradağ-Lökbatan" matçının 83-cü dəqiqəsində "Qaradağ-Lökbatan" klubunun 5 №-li futbolçusu Vüsal İsmayılov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 37.1).

19 fevral 2016-cı il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun XIV turunun "Ağsu" – MOİK matçında "Ağsu" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40). Oyunun 58-ci dəqiqəsində "Ağsu" klubunun 21 №-li futbolçusu Elmixan Məmmədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 37.1).

19 fevral 2016-cı il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun XIV turunun "Şəmkir" – "Zaqatala" matçında "Şəmkir" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

17 fevral 2016-cı il U-19 Liqasının "İnter" – "Rəvan" matçının 90+3-cü dəqiqəsində "İnter" klubunun 55 №-li futbolçusu Vəfalı Qasımov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

15 fevral 2016-cı il Bakcell U-17 Liqasının AZAL – "Neftçi" İK İB matçının 64-cü dəqiqəsində AZAL klubunun 18 №-li futbolçusu Əli Səfərov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3).

15 fevral 2016-cı il Bakcell U-17 Liqasının "Bakı" – "Xəzər Lənkəran" matçının 87-ci dəqiqəsində "Bakı" klubunun 3 №-li futbolçusu Nicat Məmiyev hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3).

21 fevral 2016-cı il U-14 Liqasının UGİM Nabran (Xaçmaz) – ŞKGB matçında ŞKGB klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

21 fevral 2016-cı il U-14 Liqasının UGİM-14(Binəqədi) – Təhsil RİM (Sumqayıt) matçında UGİM-14 klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

20 fevral 2016-cı il Coca-Cola U-13 Liqasının Qəbələ (Qəbələ) – Bakı 008 (Bakı) matçında Bakı 008 klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

14 fevral 2016-cı il U-12 Liqasının MKT-Araz (İmişli) – Bahar-Gİİ (Beyləqan) matçı başa çatdıqdan sonra Bahar-Gİİ komandasının baş məşqçisi Xudaverdi Tumusovla oyunun baş hakimi bir-birini təhqir etmişlər. Bahar-Gİİ komandasının baş məşqçisi Xudaverdi Tumusov hakimi təhqir etdiyinə görə 5 oyun cəzalanır(maddə 42.4). Oyunun baş hakimi haqqında Hakimlər Komitəsi lazımi ölçü götürüb İntizam Komitəsini məlumatlandırsın.

19 fevral 2016-cı il futzal üzrə Azərbaycan birinciliyinin FHN – İFFA matçının 22-ci dəqiqəsində İFFA klubunun 8 №-li futbolçusu Mehdi Rəsulov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

20 fevral 2016-cı il futzal üzrə Azərbaycan birinciliyinin "Ağdam" – "Neftçi" matçının 24-cü dəqiqəsində "Ağdam" klubunun 10 №-li futbolçusu Tural Mikayılov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

20 fevral 2016-cı il futzal üzrə Azərbaycan birinciliyinin "Qarabağ Veteran" – "Sabirabad-Ekbatan" matçının 40-cı dəqiqəsində "Qarabağ Veteran" klubunun 19 №-li futbolçusu Coşqun Süleymanov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

Bütün xəbərlər Facebook səhifəmizdə