Millət vəkili: "Bakı Futbol Akademiyasının tamamilə sıradan çıxmasına imkan verilməməlidir"

Millət vəkili: "Bakı Futbol Akademiyasının tamamilə sıradan çıxmasına imkan verilməməlidir"

Dünən Prezident İlham Əliyev "17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin 2016-cı ildə Azərbaycan Respublikasında keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb. Dövlət başçısı Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan bu tədbirləri təmin etmək məqsədi ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına 2,0 (iki) milyon manat ayrılıb. Futbol çox populyar idman növüdür. Bu sahəyə diqqət ayırmalıyıq". SİA-nın məlumatına görə, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

O qeyd edib ki, Bakı Futbol Akademiyasının icraçı direktoru məktub yazaraq böyük problemlərinin olduğunu bildirib: "İcraçı direktor yazıb ki, orada çox böyük perspektivləri olan 300 uşaq və gənc yetişdirilir. Onların inkişafı üçün xaricdən mütəxəssislər dəvət olunur. Ancaq indi maliyyə çatışmazlığından bu akademiya bağlanır. Hökumət bu məsələyə diqqət yetirməlidir. Bakı Futbol Akademiyasının tamamilə bağlanıb, sıradan çıxmasına imkan verilməməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə