Futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura iki oyunla yekun vurulub. SİA-nın məlumatına görə, son oyun günündə qalan iki qarşılaşma oynanılıb. İlk qarşılaşma Gəncədə baş tutub. "Kəpəz" AZAL-ı qəbul edib. Mövsümün ikinci yarısına qələbə ilə start verən komandaların dueli maraqlı alınıb. Altı turda qol buraxmayan AZAL-ın uğurlu seriyası məhz qərb səfərində sona çatıb. İki qolun vurulduğu matçda hər hissədə bir dəfə fərqlənən Şahin Diniyevin yetirmələri turnir cədvəlində üçüncü pilləyə yüksəlib. Budaq 27-ci, Ebah isə 85-ci dəqiqədə "Kəpəz"ə qol sevinci yaşadıblar.
Turun sonuncu və mərkəzi oyunu "İnter"lə "Qəbələ" arasında keçirilib. Oyunun 18-ci dəqiqəsində qonaqların yarımmüdafiəçisi Ermin Zetsin vurduğu qol qarşılaşmada yeganə olub. Səfərdə əldə etdiyi qələbə ilə uzunmüddətli qalibiyyətsizlik seriyasını qırmağı bacaran Roman Qriqorçukun yetirmələri bu nəticə ilə dördüncü pillədə qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB