Qadın voleybolu: finalçılar məlum oldu

Qadın voleybolu: finalçılar məlum oldu

Ankarada keçirilən qadın voleybolçular arasında Avropa Olimpiya təsnifat turnirinin finalçıları məlum olub. Turnirin ilk yarımfinal görüşündə Hollandiya və İtaliya komandaları qarşılaşıb. Hər üç setdə (25:23, 25:21, 25:19) qalib gələn Hollandiya millisi finala adlayıb.

Rusiya komandası isə yarımfinalda yarışın ev sahibi Türkiyə seçməsinə qalib gəlib. Hərçənd ki, ilk setdə meydan sahibləri sevinən tərəf olublar - 25:21. Lakin bundan sonra rusiyalılar təşəbbüsü əl alıblar. İkinci setdə Rusiya komandası 25:18 hesablı qələbə qazanaraq ümumi hesabı bərabərləşdirib - 1:1. Üçüncü hissədə Rusiya voleybolçuları rəqiblərini daha asan məğlub ediblər - 25:12. Dördüncü setdə isə 25:20 hesabı ilə üstün olan Rusiya voleybolçuları, ümumilikdə 3:1 hesabı ilə qələbə qazanıblar. Bununla da Rusiya millisi həlledici görüşdə Hollandiya yığmasının rəqibi olub.

Final oyunu bu gün saat 21:30-da başlayacaq.

Turnirin qalibi "Rio-2016" Yay Olimpiya Oyunlarına birbaşa vəsiqə qazanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə