“Kəpəz” istirahət etmədən “Neftçi” ilə oyunun hazırlıqlarına başlayıb

“Kəpəz” istirahət etmədən “Neftçi” ilə oyunun hazırlıqlarına başlayıb

Topaz Premyer Liqasının qış fasiləsi öncəsi son oyununda Gəncədə "Neftçi"ni qəbul edəcək "Kəpəz" istirahət etmədən XVIII turun hazırlığına start verib. SİA-nın məlumatına görə, "Xəzər Lənkəran"la matçdan sonra Yevlaxa gələn komanda qaldığı bazanın meydançasında məşqə çıxıb. Hazırlıq prosesi dünən saat 16:00-dan başlayıb.

Qeyd edək ki, "Kəpəz" - "Neftçi" oyunu dekabrın 20-də Gəncə şəhər stadionunda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə