“Zirə” klubu “Qəbələ”ni əliboş yola saldı

“Zirə” klubu “Qəbələ”ni əliboş yola saldı

Topaz Premyer Liqasının XVII turu çərçivəsində günün ikinci matçı oynanılıb. Turun mərkəzi görüşündə liderlər qrupunda yer alan "Qəbələ" çempionatın debütantı "Zirə"nin qonağı olub. Son oyunlarda istədiyi nəticələri qazana bilməyən Roman Qriqorçukun yetirmələri bu dəfə də büdrəyiblər. Nicat Qurbanov 24-ci dəqiqədə "Zirə"ni hesabda irəli çıxarıb. Bu, oyunda vurulan yeganə qol olub.

Beləliklə, bu qələbə sayəsində debütant xallarının sayını 29-a çatdıraraq turnir cədvəlinin ikinci pilləsinə yüksəlib. Hazırda "Zirə" komandası ilə lider "Qarabağ" arasında xal fərqi səkkizə enib. "Qəbələ" isə 27 xalla dördüncü pilləyə yuvarlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə