Topaz Premyer Liqasının XVII turunda "Xəzər Lənkəran"ın qonağı olacaq "Kəpəz" məşqlərini davam etdirir. SİA-nın məlumatına görə, cənub səfəri öncəsi komandanın heyətində zədəli futbolçu var. Ceyhun Cavadov hazırlıq prosesində iştirak edə bilmir.
Gənc yarımmüdafiəçidən fərqli olaraq, Şəhriyar Əliyev və Budaq Nəsirovun durumu yaxşıdır. Fərdi hazırlıq keçən hər iki futbolçu artıq komanda ilə birgə məşqlərə qoşulub. Onların "Xəzər Lənkəran"a qarşı matçda oynayıb-oynamayacağı oyun günü məlum olacaq.
Qeyd edək ki, bir müddət zədəli olan Şəhriyar Əliyev ötən tur "Rəvan"la oyunda "sarı-göylər"ə kömək edə bilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB