AZAL “Xəzər Lənkəran” üzərində qələbə qazanıb

Topaz Premyer Liqasının XVI turuna liderlərin xal itkisi ilə yekun vurulub
AZAL “Xəzər Lənkəran” üzərində qələbə qazanıb

Dekabrın 13-də futbol üzrə Topaz Premyer Liqasında XVI turun növbəti oyunları keçırilib. Tura bir günlük fasilənin ardından davam edən üç matçla yekun vurulub.

Qəbələdə iki iddialı klubun dueli baş tutub. "Qəbələ" komandası son yeddi oyunda meydanı qolsuz tərk etməyən "Neftçi"ni qəbul edib. 4 oyundu məğlubiyyətin nə olduğunu bilməyən Roman Qriqorçukun yetirmələri "Neftçi" ilə görüşdə xal itirib. Jairo oyunun 22-ci dəqiqəsində vurduğu qolla "Neftci"ni qalibiyyətə daşıyıb-0:1. Səfərdən qalib ayrılan "flaqman" bu qələbə ilə liderlərə bir az da yaxınlaşib.

Turun digər mərkəzi görüşündə isə ötən mövsümün çempionu "Qarabağ" debütant "Zirə"yə qonaq olub. Qurban Qurbanovun yetirmələri "Zirə"nin müqavimətini qıra bilməyib. Hazırda ilk üçlükdə qərarlaşmış komandalar meydandan hərəyə bir xalla ayrılıb – 0:0.

Beləliklə, bu turun nəticəsi olaraq "Qarabağ" 36 xalla turnir cədvəlində liderliyini qoruyub. Məğlubiyyətə rəğmən "Qəbələ" 27 xalla ikinci pillədəki mövqeyində qalıb. "Zirə" komandası da ilk üçlükdə yerini saxlayıb. "İnter" 24 xalla dörd, "Neftçi" isə xallarının sayını 23-ə çatdıraraq beşıncı pilləyə yüksəlib. "Kəpəz" 22 xalla altıncı sıraya yuvarlanıb. AZAL və "Sumqayıt" 16 xalla yeddi və səkkizinci pillədə qərarlaşıb. "Xəzər Lənkəran" komandası 12 xalla doqquzuncu, "Rəvan" klubu isə 11 xalla sonuncu pillədə qalıb.

Qeyd edək ki, XVII tura dekabrın 15-də keçiriləcək "Rəvan" – "İnter" matçı ilə start veriləcək.

Turnir cədvəlinin alt pillələrində qərarlaşan AZAL eyniadlı Arenada "Xəzər Lənkəran"la qarşılaşıb. 3 oyun məğlub olmayan AZAL "Xəzər Lənkəran"la qarşılaşmada da minimal hesabla qələbə qazanıb. Dörd oyundu qola həsrət qalan Yunis Hüseynovun yetirmələri isə AZAL qarşısında bu susqunluğu poza bilməyiblər. 70-ci dəqiqəyə təsadüf edən matçın ilk və yeganə qolunun müəllifi Murad Səttarlı olub. Qarşılaşma ev sahibi olan komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

AZAL: 16. Stanislav Namaşko, 3. Tural Hümbətov, 24. Emin Cəfərquliyev (k), 5. Kamil Hüseynov, 28. Müşfiq Teymurov, 6. Tagim Novruzov, 14. İlqar Ələkbərov, 21. Murad Səttarlı, 10. Nuqzar Kvirtiya, 9. Aydın Qasımov, 22. Kamal Mirzəyev

Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 19. Məhəmməd Bədəlbəyli, 20. İsmayıl İbrahimli, 15. Rüfət Musayev, 11. Ruslan Nəsirli, 7. Tərlan Xəlilov, 27. Aleksandr Quruli

"Xəzər Lənkəran": 1. Orxan Sadıqlı, 8. Elşən Rzazadə, 11. Kazım Kazımlı, 14. Rahid Əmirquliyev (k), 16. İbrahim Qədirzadə, 18. Tural Cəlilov, 32. Zaman Mirzəzadə, 42. Kamran Abdullazadə, 72. Elvin Mirzəyev, 97. Elnur Cəfərov, 99. Mahsum Qəmbərli

Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 5. Fərid Əsədov, 41. Hüseyn Xəlilzadə, 77. Əli Əliyev, 79. Namiq Qocayev

15:00. AZAL – "Xəzər Lənkəran" - 1:0

Qol: Murad Səttarlı, 70
Hakimlər: Rauf Cabbarov, Namiq Hüseynov, İsgəndər Əliyev, Nail Nağıyev
"AZAL Arena".

Turnir cədvəli

N Klublar O Q H M T-F X
1 Qarabağ 15 11 2 2 25-9 35
2 Qəbələ 16 7 6 3 23-11 27
3 Zirə 15 6 7 2 15-12 25
4 İnter 16 6 6 4 14-12 24
5 Neftçi 16 6 5 5 18-16 23
6 Kəpəz 16 5 7 4 17-16 22
7 AZAL 16 4 4 8 9-17 16
8 Sumqayıt 16 3 7 6 18-23 16
9 Xəzər Lənkəran 16 3 3 10 10-21 12
10 Rəvan 16 2 5 9 9-21 11

Bütün xəbərlər Facebook səhifəmizdə