Noyabrın 27-29-da Bakıda keçiriləcək Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Qızıl Qran Pri beynəlxalq turnirinin final mərhələsinə hazırlıq çərçivəsində qadın güləşi üzrə Azərbaycan yığma komandasının mətbuat üçün açıq məşqi keçirilib. SİA-nın məlumatına görə, Olimpiya Güləş Mərkəzində təşkil olunmuş məşqdə milli komandamızla yanaşı, Qazaxıstan, Rusiya, Ukrayna və Kolumbiya yığmaları da iştirak ediblər.
Güləşçilər öncə isinmə hərəkətləri yerinə yetiriblər. Daha sonra məşqçilər korpusunun rəhbərliyi ilə texniki-taktiki çalışmalara başlanılıb.
Qeyd edək ki, yığma komandamızın məşqini jurnalistlərlə birlikdə Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov da izləyib.

.jpg)











Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB